Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Şərqdə ilk dəfə qadınlara səsvermə hüququ verilən Azərbaycanda da 8 Mart - Beynəlxalq Qadınlar Günü yüksək səviyyədə qeyd olunur.
Azərbaycan xalqının əsrlərdən bəri qoruduğu milli-mənəvi dəyərlər arasında hamı üçün müqəddəs olan qadına hörmət, anaya qayğı həmişə üstün olub.
Ulu Öndər Heydər Əliyev istər Sovet dönəmində, istərsə də müstəqillik illərində Azərbaycan qadınlarının problemləri ilə yaxından maraqlanmış, ölkənin ictimai-siyasi, mədəni həyatında aparıcı qüvvə olan qadın hərəkatının genişlənməsini daim diqqətdə saxlamışdır.
Ölkəmizdə insan hüquq və azadlıqlarının, gender bərabərliyinin təmin edilməsi dövlət siyasətinin tərkib hissəsi kimi diqqətdə saxlanılır.
İnsan amilinə daim diqqətlə yanaşan Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar cəmiyyətin inkişafında, sağlam ailə institutunun formalaşmasında xüsusi rolu olan qadınları daha çox sevindirmişdir.
Ölkəmizdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması ilə qadın hərəkatı, gender siyasəti uğurla davam etdirilir.
Xalqımızın qəhrəmanlıq tarixində izləri qalan Sara xatun, Tomris ananın davamçıları olan, müqəddəs ana şərəfini uca tutaraq mübarizliyi ilə tanınmış Azərbaycan qadınları dövlətə sədaqəti və fədakarlığı ilə seçilmişdir.