Reyting.az saytına istinadən Icma.az xəbər verir. “ABŞ və Avropa arasında Qrenlandiya ilə bağlı fikir ayrılıqları NATO-nun birliyini zəifləd
Reyting.az xəbər verir ki, bu barədə Almaniya Silahlı Qüvvələrinin general-leytenantı Aleksandr Solfrank xəbərdarlıq edib.
Onun fikrincə, Qrenlandiya ətrafında yaranan mübahisə Rusiyanın NATO-ya qarşı mümkün hücumları üçün həssas mühit formalaşdıra bilər.
“NATO-nun gücü mahiyyət etibarilə “hamı bir üçün, bir hamı üçün” prinsipinə əsaslanır.
Əgər bu prinsip pozularsa, alyansın mahiyyəti də itər”, - deyə general bildirib. A.
Solfrankın sözlərinə görə, bu prinsip sonuncu dəfə 11 sentyabr terror hücumlarından sonra tətbiq olunub.
Həmin vaxt Vaşinqton Əfqanıstandakı əməliyyatlara NATO üzvlərini cəlb etmək üçün alyansın kollektiv müdafiə mexanizmi olan 5-ci maddəni işə salıb.
Bu, 5-ci maddənin indiyədək yeganə tətbiqi olub. Almaniyada hərbi əməliyyatların planlaşdırılması və icrasına cavabdeh olan Solfrank vəziyyə