General Aydan Rəcəbovanı rəis təyin etdi

24.12.2024

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Dövlət Gömrük Komitəsinin (DGK) Mərkəzi Gömrük Ekspertizası İdarəsinin rəisi Mehriban Əlizadə vəzifəsindən azad edilib.

“Qafqazinfo” Qaynarinfo-ya istinadən xəbər verir ki, bununla bağlı komitə sədri gömrük xidməti general-leytenantı Şahin Bağırov  müvafiq əmr imzalayıb.

Şahin Bağırovun digər əmri ilə Rəcəbova Aydan Şahin qızı Mərkəzi Gömrük Ekspertizası İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, Mehriban Əlizadə 2010-cu ildən sözügedən idarədə rəis müavini və rəis vəzifəsində çalışıb.

Fotoda: Mehriban Əlizadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью