General Aydın Qasımovun oğlu yüksək vəzifəyə təyin edildi

21.11.2024

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində növbəti kadr dəyişikliyi olub.
Bizim.Media “manset.az”a istinadən xəbər verir ki, ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə ədliyyə nazirinin sabiq müavini, general-mayor Aydın Qasımovun oğlu Rauf Qasımzadə Penitensiar Xidmətin rəisi general-mayor Mirsaleh Seyidovun müşaviri təyin edilib.
Qeyd edək ki, o bundan əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində çalışıb.
Xatırladaq ki, uzun illər ədliyyə orqanlarında yüksək vəzifələrdə çalışmış Aydın Qasımov Penitensiar Xidmətin rəisi, Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisi vəzifəsini icra edib.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью