General Ermənistan Azərbaycan sərhədindəki vəziyyətdən danışdı

04.06.2025

Icma.az, Modern.az saytına istinadən bildirir.

Ermənistan-Azərbaycan sərhədində vəziyyət nisbətən sabitdir.
Modern.az xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Edvard Asryan parlamentdə jurnalistlərə açıqlamasında deyib.
Asryanın sözlərinə görə, Ermənistan Silahlı Qüvvələri ona verilən tapşırıqları, o cümlədən kəşfiyyat işlərini yerinə yetirməkdə davam edir.
"Sərhəd zonasında başqa təxribat xarakterli fəaliyyət müşahidə olunmayıb", - Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi bildirib.
Edvard Asryan iyunun 4-də jurnalistlərlə söhbətində baş nazir Nikol Paşinyanın "müharibə yox, sülh olacaq" bəyanatını şərh edərkən deyib.

"Ermənistanın baş naziri Ali Baş Komandandır, nə deyirsə, onun kifayət qədər əsasları var".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью