GENERAL HƏSƏNOV VƏZİFƏSİNDƏN AZAD EDİLDİ Yeni TƏYİNAT

10.06.2025

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin rəisi, general-mayor Məhərrəm Həsənov sərəncama götürülüb.

"AzPolitika""Qafqazinfo"ya istinadla xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov müfaviq əmr imzalayıb.

Nazirin digər əmri ilə bu vəzifəyə polkovnik Elnur Məhərrəmov gətirilib.

Qeyd edək ki, Elnur Məhərrəmov bu təyinatadək Gəncə Regional Mərkəzinin rəisi olub. Məhərrəm Həsənov isə 2022-ci ildə FHN-in Bakı Regional Mərkəzinin rəisi təyin olunmuşdu.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью