Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
General Həzi Aslanovun 115 illik yubileyi haqqında virtual sərgi hazırlanıb.
Milli.Az xəbər verir ki, virtual sərgi C.Cabbarlı adına Respublika Gənclər Kitabxanıasının rəsmi "YouTube" səhifəsində yerləşdirilib.
Qeyd edək ki, Həzi Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran şəhərində anadan olub.
Erkən yaşda atasını itirən Həzi, atasının çalışdığı zavodda işləməyə başlayıb.
Uzun zaman sonra hərbi hazırlıq məktəbinə göndərilib və o məktəbin məktəb rota qəzetinin redaktoru olub.
Daha sonra 8-ci çağırış Bakı Sovetinin üzvü seçilib. 1929-cu ildə Leninqrad süvari məktəbinə daxil olub.
İki illik təhsildən sonra Kotovski adına 3-cü Bessarabiya süvari diviziyasına vzvod komandiri təyin olunub.