“General leytenant” ali hərbi rütbəsi verilən zabitlər kimlərdir?

17.08.2026

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Prezidentin Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin 3 general-mayoruna “general-leytenant” ali hərbi rütbəsi verilib.

“Qafqazinfo”nun məlumatına görə, general-leytenant olan zabitlərdən 1987-ci il təvəllüdlü Babək Mürsəl oğlu Ələkbərov 2023-cü ildən Dövlət Sərhəd Xidmətinin (DSX) Çevik Hərəkət Qüvvələrinin komandanıdır. O həm də Vətən Müharibəsi Qəhrəmanıdır.

“General-leytenant” ali hərbi rütbəsi verilən Aqşin Ramiz oğlu Məhərrəmov isə Dövlət Sərhəd Xidmətinin Xüsusi Hava Əməliyyatları Qüvvələrinin Komandanıdır.

General-leytenant olan Faiq Həmzəağa oğlu Məmmədova gəlincə, o, bu ilin aprelində Dövlət Sərhəd Xidmətinin Mərkəzi Aparatının rəhbəri təyin edilib. Daha əvvəl DSX-də Baş idarə rəisi, DSX Akademiyasının rəis əvəzi kimi önəmli vəzifələrdə də çalışıb.

Qeyd edək ki, dövlət başçısının Sərəncamı ilə DSX-nin polkovniki Elfan Şakir oğlu Quliyevə də ali hərbi rütbə verilib. O, bu gündən “general-mayor” ali hərbi rütbəsini daşıyacaq.

Fotoda Babək Ələkbərov

Fotoda Aqşin Məhərrəmov

Fotoda Faiq Məmmədov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью