Icma.az, Axar.az portalına istinadən məlumat yayır. Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Zaur Cavanşir 44 günlük müharibədə keçdiyi döy
Axar.az Globalinfo.az-a istinadən sözügedən xatirədən bir hissəni təqdim edir: “Naxçıvandan gələn polkovnik görünmürdü.
Dedilər ki, o, bir az arxada, təpənin üstündədir — çağırılmasını tapşırdım. Bu vaxt komandan mənə zəng etdi. — Hardasan? — birbaşa soruşdu.
— Dediyiniz istiqamətə getməyə hazırlaşıram, — cavab verdim. — Naxçıvandan gələn polkovnik də yanındadır? — Bəli.
— Sənin onun çəkib sosial şəbəkələrdə yaydığı görüntülərdən xəbərin var? Sənin səsin də eşidilir orda.
— Hər hansı görüntüdən xəbərim yoxdur, — dedim. —Belə şeylərə yol vermək olmaz. Dərhal onu ordan uzaqlaşdır.
Elə bir adam bizə lazım deyil və orada olmamalıdır. Bura döyüş meydanıdır, kino çəkmirik. — Oldu, — deyib telefonu söndürdüm.
Polkovnik gəldikdə ona niyə baş verənləri çəkib yaydığını və bununla nəyə nail olmaq istədiyini soruşdum.