General mayor Ceyhun Rzayev vəzifədən azad edildi

27.11.2026

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) kadr islahatı aparılıb.

Axar.az Unikal-a istinadla xəbər verir ki, Agentliyin İdarə Heyəti sədrinin müavini, general-mayor Ceyhun Rzayev vəzifəsindən azad edilib. O, 2022-ci il 4 fevral tarixində bu vəzifəyə təyin edilmişdi.

Qeyd edək ki, Ceyhun Rzayev bir müddət əvvəl general-mayor Natiq Əliyevin qızı Türkər Əliyeva ilə məhkəmə mübahisəsi ilə bağlı da gündəmə gəlib. Belə ki, Natiq Əliyevin qızı Türkər Əliyevanın iştirakı ilə ona qarşı xeyli maddi ziyan iddiası üzrə istintaq aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью