Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Yanvarın 30-da Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində 2025-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclası keçirilib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.
Bildirilib ki, agentliyin rəisi general-mayor Sərdar Səfərov ötən ilin yekunları ilə bağlı çıxış edib.
Kollegiya iclasında hesabat dövründə Agentliyin struktur bölmələri tərəfindən görülmüş işlərə dair məruzələr dinlənilib, 2026-cı ildə Agentliyin fəaliyyətinin təkmilləşdirilməsi, qanunvericiliklə müəyyən edilmiş vəzifələrin icrası, hərbi qulluqçuların döyüş hazırlığının və peşəkarlığının daha da gücləndirilməsi istiqamətində atılmalı olan addımlarla bağlı zəruri tapşırıqlar verilib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin