Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Birləşmiş Komitəsində strateji planlaşdırmaya rəhbərlik etmiş general-leytenant Brett Silviya məxfi məlumatları mətbuata ötürməkdə şübhəli bilinərək vəzifəsindən azad edilib.
Modern.az xəbər verir ki, “Axios”un əldə etdiyi daxili araşdırma hesabatına əsasən, general Ukrayna və İranla bağlı məlumatları iki ayrı media qurumunun jurnalistlərinə ötürdüyünü etiraf edib.
Nəşrin məlumatına görə, Silviya dörd poliqraf yoxlamasından keçə bilmədikdən sonra videoya alınan ifadəsində məlumat sızdırdığını təsdiqləyib.
İddialara əsasən, məlumatların ötürülməsi 2025-ci ilin iyununda başlayıb. General jurnalistlərlə “Signal” messenceri vasitəsilə əlaqə saxlayıb, onlardan biri ilə Virciniya ştatının Arlinqton şəhərində şəxsən görüşüb. Həmin görüşdə ABŞ-nin Ukraynaya yardımı barədə məxfi hesabatdan götürdüyü qeydləri bölüşdüyü bildirilir.
Qeyd edək ki, “Associated Press”in Pentaqon rəsmisinə istinadən yaydığı məlumatda poliqraf yoxlamalarının sayı üç göstərilir. Məsələ mümkün hüquqi tədbirlər üçün ABŞ Ədliyyə Nazirliyinə göndərilib. Silviya agentliyin şərh sorğusunu cavablandırmayıb.