General Motors 6 milyard dollar dəyərində səhmlərin geri alınmasını başlatır | Icma.az
Banco.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Müəllif - Eldar Kərimov - Banco.az Amerika avtomobil istehsalçısı "General Motors Co." (GM) 6 milyard dollar məbləğində yeni səhm geri alış proqramını təsdiqləyib, həmçinin rüblük dividend ödənişlərini 25% artırmağa qərar verib.
"Buyback" proqramı çərçivəsində 2025-ci ilin ikinci rübündə tamamlanması planlaşdırılan 2 milyard dollar dəyərində sürətləndirilmiş səhm alışı nəzərdə tutulub.
Bundan sonra, əvvəlki proqramdan qalan resurslar da nəzərə alınmaqla, geri alış üçün ümumi vəsaitin həcmi 4,3 milyard dollar təşkil edəcək.
Şirkət rüblük dividend məbləğini bir səhmə 0,12 dollardan 0,15 dollara qaldıracaq.
Artırılmış dividend ödənişləri ikinci rübdən etibarən başlanacaq.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu