General Motors un avtomobillərində ciddi nasazlıq aşkar edildi

04.05.2025

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-nin "General Motors" avtomobil konserni V8 mühərriklərinin nasazlığı ehtimalı səbəbindən 721 min yeni avtomobili bazarlardan geri çağıracaq.

Bu barədə Oxu.Az reuters.com-a istinadla xəbər verir.

Söhbət 2021-2024-ci illər istehsalı olan "Cadillac Escalade" və "Escalade ESV", "Chevrolet Silverado 1500", "Suburban" və "Tahoe", "GMC Sierra 1500", "Yukon" və "Yukon XL" modellərindən gedir.

"General Motors"un ABŞ dilerləri iyun ayında sözügedən avtomobillərin sahibləri ilə əlaqə saxlamağa başlayacaqlar.

Qüsur aşkar edilərsə, mühərrik təmir edilməli və ya dəyişdirilməlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью