General ona yüksək vəzifə verdi

18.11.2024

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dövlət Gömrük Komitəsinin (DGK) Kinoloji Mərkəzinə yeni rəis təyin edilib.

Milli.Az "Qaynarinfo"ya istinadən xəbər verir ki, komitə sədri gömrük xidməti general-leytenantı Şahin Bağırovun müvafiq Əmri ilə İsmayılov İlyas İsa oğlu mərkəzin rəisi təyin olunub.

Kinoloji Mərkəzin rəis əvəzi Hacimuradov Asim Nazim oğlu isə vəzifəsindən azad edilərək, təqaüdə göndərilib.

Qeyd edək ki, İlyas İsmayılov uzun illərdir Kinoloji Mərkəzdə instruktor-kinoloq kimi fəaliyyət göstərib.

Kinoloji Mərkəzin rəisi polkovnik İlkin Osmanov isə ötən ilin dekabrında vəzifəsindən azad edilib.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью