General polkovnik yeni idarə yaratdı DETALLAR

30.07.2026

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Dövlət Gömrük Komitəsində struktur dəyişikliyi olub.

Bakıvaxtı.az "Unikal"a istinadla xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov əmr imzalayıb. 

Belə ki, DGK-nin Kibertəhlükəsizlik şöbəsi ləğv edilib, əvəzində isə Kibertəhlükəsizlik idarəsi yaradılıb.

Gömrük xidməti mayoru Turqut Tehran oğlu Vəliyev Kibertəhlükəsizlik idarəsinin rəisi vəzifəsinə təyin olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью