General Rasim Əliyev vəfat etdi

11.10.2025

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Təqaüddə olan general-mayor Rasim Əliyev vəfat edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, general bu gün səhər qəfil dünyasını dəyişib.

Qeyd edək ki, Rasim Əliyev son olaraq Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi-Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini olub. İkinci Qarabağ Müharibəsindən sonra təqaüdə göndərilib.

Sail Ağasəlim

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью