General tarix verdi: Ukraynada sülh olacaq, şərtlər isə…

24.04.2025

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

“Ukraynada 2025-ci ilin sonuna kimi sülh olacaq. Bu, Rusiyanın məcburiyyəti ilə reallaşacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Fransanın istefada olan generalı Dominik Delavard deyib.

“Milad bayramına kimi sülhün olacağına inanıram. Lakin bu, döyüş meydanında silah gücünə mümkündür. Sülh müqaviləsi Rusiyanın şərtləri ilə imzalanacaq”, – deyə o bildirib.

Generalın sözlərinə görə, Rusiya Odessa sərhədlərinə qədər irəliləyəcək:

“Odessa ilkin rus şəhəridir. Rusiyanı Dnestryanı ilə birləşdirmək və Ukraynanı Qara dənizə çıxışdan məhrum etmək üçün bu, lazımdır”.

Günay Rəsulqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью