Icma.az bildirir, Oxu.az portalına istinadən. Faciənin üzərindən aylar keçməsinə baxmayaraq, Rusiya vurulan AZAL təyyarəsinə görə günahını i
Bu faciənin günahkarları hələ də cəzalandırılmayıb, onlar xidmətlərini davam edirirlər, bəzilərinin hətta vəzifəsi artırılır.
Oxu.Az "Minval Politika"ya istinadən xəbər verir ki, AZAL-ın mülki təyyarəsini vurmağa gətirib çıxaran qərarlar silsiləsində əsas rolları aşağıdakılar oynayıblar: - 51-ci Hava Hücumundan Müdafiə Diviziyasının komandiri, raketin buraxılmasına icazə verən general-mayor Aleksandr Tolopilo; - Əmri qəbul edib döyüş maşınının ekipaj üzvlərinə ötürən podpolkovnik Nikolay Orlyanski; - Bilavasitə buraxılışı həyata keçirən kapitan Dmitri Paladiçuk; - 51-ci Hava Hücumundan Müdafiə Diviziyasının döyüş idarəetmə qrupunun böyük şturmanı kapitan Dmitri Pudovkin; - Cənub Hərbi Dairəsinin qərargahının operativ növbətçisi polkovnik-leytenant Vladimir Yanovski; - 4-cü Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin Qvardiya Ordusunun komanda məntəqəsinin operativ növbətçisi polkovnik Gennadi Yeremenko.
Məlumata əsasən, onların hamısı faciədə fəal rol oynayıblar.
Lakin heç biri məsuliyyətə cəlb edilməyib, üstəlik ayrı-ayrı zabitlər yeni təyinatlar alıblar.
Tolopilonun əmri və AZAL təyyarəsinin faciəsi Bakıdan Qroznıya uçan sərnişin təyyarəsinə qarşı "Pantsir-S" zenit-raket kompleksindən istifadəyə icazə verən məhz general-mayor Aleksandr Tolopilo olub.
Hücum nəticəsində təyyarə Aktauda təcili eniş etmək məcburiyyətində qalıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub.
"Minval Politika"nın daha əvvəl yazdığına görə, "Pantsir"in ekipajı texniki və təşkilati cəhətdən pis vəziyyətdə olub və bu, onlara mülki təyyarəni vaxtında tanımağa imkan verməyib.