General Türkiyəni təhdid etdi: “Hindistana təhlükədir”

20.08.2026

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Ölkə.az xəbər verir ki, bunu Hindistanın təqaüddə olan general-mayoru Qaqan Deep Bakşi “Pentapostagma”a müsahibəsində deyib.

“Bu ittifaq Səudiyyə Ərəbistanının maliyyə gücünü, Türkiyənin müdafiə texnologiyasını və sənayesini, Pakistanın nüvə arsenalını və insan resurslarını bir araya gətirir”, - o bildirib. 
General hesab edir ki, bu ittifaq həmçinin Hindistan üçün də təhlükə yaradır, çünki Pakistan Hindistanın əsas geosiyasi rəqibidir: 

“Ankara və Ər-Riyaddan İslamabada qədər uzanan formal müdafiə çətiri Hindistanın hərbi planlarını xeyli çətinləşdirir”.

Qaqan Deep Bakşi Hindistanın yeni yaranan ittifaqa qarşı İranla münasibətlərini strateji cəhətdən gücləndirməsinin tərəfdarı olduğunu qeyd edib.

Türkiyənin yürütdüyü siaysəti qəbul etmədiyini vurğulayan general general bildirib ki, Ankara Kəşmir məsələsində Pakistanı açıq şəkildə dəstəkləyir və İslamabadı dronlar, dəniz texnologiyaları ilə təchiz edir. 

Qeyd edək ki, təqaüddə olan general Bakşi Türkiyəyə qarşı aqressiv mövqeyi ilə seçilir. O, Ankaranın İslamabadın xeyrinə hərbi müdaxilə edəcəyi təqdirdə Hindistan Hərbi Dəniz Qüvvələrinin Türkiyənin donanmasını məhv etmək gücünə malik olduğunu bildirib. 
“Biz Türkiyə donanmasını darmadağın edəcəyik”, - o vurğulayıb.

General eyni zamanda Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus A400M hərbi nəqliyyat təyyarəsinin İstanbuldan İslamabada uçuşunu tənqid edib.

Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью