General vaxtından əvvəl azad olunmaq istədi

27.06.2025

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin məhkum edilmiş rəisi, general-mayor Nizami Şirinov vaxtından əvvəl azadlığa çıxmaq istəyib.

Bakupost.az Qafqazinfo-ya istinadla xəbər verir ki, Şirinov cəzasının çoxunu çəkməsini nəzərə alaraq qalan 6 ayının şərti hesab edilməsi ilə bağlı məhkəməyə müraciət edib.

Məhkəmə müraciəti əsaslı hesab etməyib. Ərizə geri qaytarılıb.

Qeyd edək ki, N.Şirinov 2021-ci ilin aprelində həbs edilib. O, mütəşəkkil dəstə tərkibində ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini ələ keçirməkdə, külli miqdarda rüşvəti hədə-qorxu tətbiq etməklə almaqda, həmçinin cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakın leqallaşdırılmasında təqsirli bilinib. Yekun qərarla generala 4 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью