General vəzifədən azad olunub MNdə yeni təyinat

04.11.2024

Icma.az, Reyting.az saytına istinadən bildirir.


Müdafiə Nazirliyində daha general işdən azad olunub.
Reyting.az 
"Unikal"a istinadla xəbər verir ki, Müdafiə Nazirliyinin Kadrlar İdarəsinin rəisi, general-mayor Elçin Xəlilov tutduğu vəzifədən azad olunaraq sərəncama götürülüb.
Məlumata görə, generalın yerinə artıq təyinat da var. Başqa əmrlə polkovnik Azər Heybətli sözügedən idarənin rəisi təyin edilib.
Azər Heybətli Azərbaycanın Böyük Britaniyadakı hərbi attaşesi olub(qafqazinfo).
Qeyd edək ki, general Elçin Xəlilovun qardaşı Fuad Xəlilov da Ali Hərbi Məktəbin maliyyə xidməti rəisi işləyib. Bir müddət əvvəl Fuad Xəlilov Müdafiə Nazirliyindəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmədə şahid qismində ifadə vermişdi.

Ana səhifəyə dön


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью