Generala yüksək vəzifə verildi Təyinat

07.07.2026

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Müdafiə Nazirliyində növbəti kadr təyinatı həyata keçirilib.

“Bakupost”un əldə etdiyi məlumata görə, Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin rəisi, general-leytenant Azər Əliyev Baş Qərargah rəisinin müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Azər Əliyev 2021-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Hərbi Akademiya rəisinin tədris üzrə müavini vəzifəsindən azad edilərək Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin rəisi təyin olunmuşdu.


Məsələ ilə bağlı Müdafiə Nazirliyi sorğumuzu cavablandırmayıb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью