Generalı güllələyən Korbanı hansı ölkə göndərib? Yeni təfərrüatlar

09.02.2026

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiyanın QRU kimi tanınan Baş Kəşfiyyat İdarəsində ikinci şəxs sayılan general Vladimir Alekssevə sui-qəsd təşkil edən şəxslə bağlı təfərrüatlar bəlli olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

Bildirilib ki, generala atəş açan Lyubomir Korba 2025-ci ilin avqust ayında Polşa kəşfiyyat xidmətlərinin köməyi ilə Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən işə götürülüb:

“Korba Kiyevdəki atış poliqonunda atıcılıq təlimi keçib, poliqrafiya testindən keçib və “Zoom” vasitəsilə gizli rabitə üçün təlimatlar alıb. Daha sonra o, Kiyev-Kişinyov-Tbilisi-Moskva marşrutu ilə Rusiyaya göndərilib. Korba Moskva bölgəsindəki anbardan Ukrayna kəşfiyyat xidmətləri tərəfindən qoyulmuş tapançanı götürüb”.

Məlumata görə, cinayətkarın oğlu, 1998-ci il təvəllüdlü və Katovitse sakini olan Polşa vətəndaşı Luboş Korba əlaqələrin qurulmasına və əməkdaşlığın asanlaşdırılmasına kömək edib.

Qeyd edək ki, fevralın 8-də FSB əməkdaşları BƏƏ hakimiyyət orqanlarının köməyi ilə Korbanı Rusiyaya təhvil veriblər.

Əliyar Xəlil
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью