Generalı öldürən erməni 25 il müddətinə həbs edildi | Icma.az
Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə (RCBD) qüvvələrinin rəisi general-leytenant İqor Kirillova qarşı terror aktının törədicisi Əhmədjon Kurbonova ömürlük həbs cəzası verilib.
"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 2-ci Qərb Dairə Hərbi Məhkəməsinin qərarı ilə o, ilk on ilini həbsxanada keçirəcək, d
Hakim bildirib ki, məhkəmə özbəkistanlı Əhmədjon Kurbonovu günahkar bilib və ona ömürlük həbs cəzası verib.
Həmçinin 1 milyon rubl cərimə tətbiq edilməlidir. Məhkəmə həmçinin Əhmədjon Kurbonovla əlbir olan üç nəfərə də hökm oxuyub.
Robert Safaryan ən ağır cəzaya - 25 il həbs cəzasına məhkum edilib.
Batuxan Toçiyev 22 il, Ramazan Padiyev isə 18 il müddətinə həbs cəzasına məhkum ediliblər. Onların hər biri 200.000 rubl cərimə olunub.
Qeyd olunur ki, Kurbonov günahını tam etiraf edib və peşman olduğunu bildirib.
Tam oxu
Xəbəri oxu