Generalı partladan tutuldu Özbəkistan vətəndaşı olduğu iddia edilir AzPolitika onlayn siya…
Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiya İstintaq Komitəsi Moskvada Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qüvvələrinin (RCBZ) rəhbəri İqor Kirillov və onun köməkçisinin ölümü ilə nəticələnən terror aktında şübhəli bilinən şəxslərin tutulduğunu bəyan edib.
“AzPolitika” xəbər verir ki, İstintaq Komitəsi partlayışı bilavasitə törədən şəxsin 1995-ci il təvəllüdlü Özbəkistan vətəndaşı olduğunu bildirib.İddia olunur ki, saxlanılan şəxs dindirilmə zamanı Ukrayna xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb olunduğunu deyib.
Generalı öldürdüyünə görə ona 100 min dollar və yaşamaq üçün Avropa ölkələrindən birinə çıxış vəd edilib.
İstintaq Komitəsinin məlumatına görə, həmin şəxs Ukrayna tərəfinin göstərişi ilə Moskvaya gələrək əldəqayırma partlayıcı qurğu ilə təchiz olunub.
Onu elektrik skuterinə qoyub və skuteri Kirillovun yaşadığı binanın girişində saxlayıb.
Şübhəli şəxs evə nəzarət etmək üçün avtomobil icarəyə götürüb və orada kamera quraşdırıb.
İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Pitrenko görüntülərin həmin kameradan onlayn olaraq Dnepr şəhərinə yayımlandığını bildirib: “Hərbi qulluqçuların girişdən çıxması ilə bağlı video siqnal alındıqdan sonra partlayıcı qurğu onlar tərəfindən uzaqdan işə salınıb”.
Tam oxu
Xəbəri oxu