Generalın bir milyon manatını mənimsəyiblər Üç milyonluq iddia qaldırılıb

10.10.2025

Icma.az, Reyting.az saytına istinadən bildirir.


Raul Zeynalov
Fövqəladə Hallar Nazirliyinin (FHN) keçmiş əməkdaşı, kapitan Ayaz Bayramov 3 milyon manata yaxın dələduzluqda ittiham olunur.
Reyting.az
“Qafqazinfo”ya istiandla xəbər verir ki, A. Bayramov bir müddət əvvəl hüquq-mühafizə orqanları tərəfindən həbs edilib.
İstintaq materiallarında yazılıb ki, kapitan zərərçəkmişlərlə birgə ticarət fəaliyyəti ilə məşğul olub. Daha sonra yaranmış etibardan sui-istifadə edərək həmin şəxslərin ümumilikdə 3 milyon manata yaxın pulunu ələ keçirib.
Məlumata görə, FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin sabiq rəis müavini general-mayor Raul Zeynalov da aldadılanlar sırasındadır. Ona təxminən 1 milyon manata yaxın ziyan dəydiyi bildirilir.
Zeynalovdan başqa, iş üzrə daha 8 nəfər də zərərçəkmiş qismində tanınıb.
Təqsirləndirilən şəxs isə ittihamla razı deyil. Onun vəkili hesab edir ki, tərəflər birgə iş görüblər, sonda da bəzi haqq-hesablar düz gəlməyib. Yəni işdə cinayət tərkibi hesab oluna biləcək bir hal yoxdur.
Kapitana qarşı Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Dəymiş ziyan ödənilmədiyi halda, bu maddə ilə təqsirli bilinən şəxsi 14 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Məlumat üçün bildirək ki, 39 yaşında general-mayor rütbəsinə layiq görülən R. Zeynalov hazırda heç bir dövlət qurumunda çalışmır, onun biznes fəaliyyəti ilə məşğul olduğu deyilir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью