Generalın əmlakları üzərinə qoyulan həbsin götürülməsi istənilib MN dəki 143 milyonluq mən…
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
APA xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Ötən prosesdə olduğu kimi təqsirləndirilən Cəlal Kazımov müdafiə hüququndan imtina etdiyini bidirib.
O, dövlət tərəfindən təyin olunan vəkilə etiraz etsə də, hakim etirazı əsaslı saymayaraq təmin etməyib.
Hakim bildirib ki, təqsirləndirilən şəxs apellyasiya şikayətində Cinayət Məcəlləsinin 62-ci maddəsini (sanksiya həddindən daha yüngül cəza təyin etmə) tətbiq edilməsini istəyib.
Təqsirləndirilən Vüsal Əlizadənin vəkili Fikrət İbrahimov məhkəməyə qismən istintaqın aparılması ilə bağlı vəsatət təqdim edib.
Daha sonra təqsirləndirilən Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə vəsatət verərək qeyd edib ki, birinci instansiya məhkəməsində demək olar ki, heç bir vəsatəti təmin olunmayıb: “Müvəkkilim Nizami Məmmədovun əmlaklarının üzərinə qoyulan həbs götürülsün.
Tam oxu
Xəbəri oxu