Generalın oğlu AYNAdan vəzifədən getdi Bu xidmətə müşavir təyin edildi

21.11.2024

Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində növbəti kadr dəyişikliyi olub.

Məlumata görə, ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə ədliyyə nazirinin sabiq müavini, general-mayor Aydın Qasımovun oğlu Rauf Qasımzadə Penitensiar Xidmət rəisinin müşaviri təyin edilib.

Qeyd edək ki, o, bundan əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində çalışıb.

Xatırladaq ki, uzun illər ədliyyə orqanlarında yüksək vəzifələrdə çalışmış Aydın Qasımov Penitensiar Xidmətin rəisi, Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisi vəzifəsini icra edib(Manset.az)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью