Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.
Ehtiyatda olan general-mayor Novruzəli Orucovun oğlu Rüstəm Orucov keçmiş sevgilisi, bloqer Nərmin Xudaverdiyevanın ittihamlarına cavab verib.
"Unikal" xəbər verir ki, generalın oğlu N.Xudaverdiyevanın dediklərinin şər və böhtan olduğunu bildirib.
Rüstəm Orucov sosial şəbəkə hesabında Cinayət Məcəlləsindən maddələr paylaşıb və şər-böhtana görə ağır cəzaların nəzərdə tutulduğu vurğulayıb.
"Hər iki halda, yalanın məqsədi şəxsin məsuliyyətə cəlb edilməsi və ya vaxt itkisinə səbəb olmaqdır. Əgər siz qanunlardan qorxmursunuzsa, eybi yox”, - deyə Orucov bildirib.
*** 15:14
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəis müavini, general-mayor Novruzəli Orucovun oğlu Rüstəm Orucovun keçmiş sevgilisi Nərmin Xudaverdiyanı təhdid etdiyi iddia olunur.
"Unikal" xəbər verir ki, N.Xudaverdiyeva bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O, R.Orucovla 1 ildən çox müddət ərzində münasibətdə olduğunu deyib: "Rüstəm mənə evlilik də təklif etmişdi, lakin hər münasibətdə problem olduğu kimi, bizdə də bəzi məsələlər oldu, ayrıldıq. Oktyabrdan isə yeni münasibətə başladım. Bunu öyrənən Rüstəm Orucov məni təhdid etməyə başladı. O, bunu həzm etməyərək evimizə gəlib maşınıma ziyan vurur, məni təhqir edib. Haqqımda neqativ fikirlər səsləndirib. Bu günə qədər polisə şikayət etməmişəm. Dünən isə mənim adımdan feyk profil açaraq özünə ondan ötrü darıxdığımı yazıb və hazırda münasibətim olduğu insana göndərib. Təbii ki, burada məqsəd bizim münasibətimizi bitirmək olub. Artıq canımdan bezmişəm, yaşamaq istəmirəm. Keçmiş məmurun övladı olduğuna güvənib məni əzməyi düşünür".
Oxu.az-ın məlumatına görə, qeyd olunan məsələylə bağlı Nərmin Xudaverdiyeva polisə müraciət edib. Müraciəti əsasında araşdırma aparılır.
Xatırladaq ki, Rüstəm Orucov 2017-ci ildə xuliqanlıq ittihamı ilə həbs edilib. Bir müddət sonra isə azadlığa çıxıb. 2021-ci ildə o, yenidən xuliqanlıq hərəkətləri ilə gündəmə gəlib. Belə ki, Rüstəm Orucov marketdə yeyinti məhsullarını yararsız hala salaraq sosial şəbəkələrdə paylaşmışdı.