Generalın qardaşı da general OLDU

25.06.2025

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 4 polkovnikə “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb. Onlardan biri Elnur Kazımovdur.

Modern.az-ın məlumatına görə, Elnur Kazımov Müdafiə Nazirliyinin Katibliyinin rəisidir. O, əvvəllər Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, Elnur Kazımov Ədliyyə general-mayoru Rasim Kazımovun qardaşıdır. O, 2022-ci ilədək hərbi prokurorun müavini olub.

R.Kazımov prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə tutduğu vəzifədən azad olunaraq prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью