Icma.az, Bakivaxti saytına istinadən bildirir.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisi, general-mayor Elgün Əliyevin ailəsində hərbi və dövlət xidmətində çalışan şəxslərin olduğu bildirilir.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, general-mayor Elgün Əliyevin qardaşı Elçin Əliyev də zabitdir və hazırda Dövlət Gömrük Komitəsində xidmət edir.
Elçin Əliyevin gömrük orqanlarında zabit kimi fəaliyyət göstərdiyi bildirilir. Bununla da Əliyevlər ailəsində iki qardaşın müxtəlif dövlət strukturlarında xüsusi xidmət xarakterli vəzifələrdə çalışdığı qeyd olunur.
Qeyd edək ki, Elgün Əliyev Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsi rəisinin müavini – Hərbi Polis İdarəsinin rəisidir. O, 2025-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “general-mayor” ali hərbi rütbəsi alıb.
Elcan Musalı