Generallar Abbasəli Novruzovun dəfn mərasimində Foto KONKRET

17.08.2026

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Sərhəd Qoşunlarının keçmiş komandanı, general-mayor Abbasəli Novruzov dəfn edilib.

KONKRET.az xəbər verir ki, dəfndə Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, müdafiə naziri Zakir Həsənov, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Kərim Vəliyev, mərhumun yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Abbasəli Novruzov dünən səhər saatlarında 89 yaşında dünyasını dəyişib.

Abbasəli Novruzov 1994-cü il aprelin 8-də Azərbaycanın milli təhlükəsizlik nazirinin müavini, Sərhəd Qoşunlarının komandanı təyin edilib. O, 2001-ci ilə qədər bu vəzifəni tutub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью