Generalmayora Müdafiə Nazirliyində yeni vəzifə həvalə edilib

19.11.2024

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Müdafiə Nazirliyinin (MN) Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsinin icrası general-mayor Fərid Əliyevə həvalə edilib.

“Report”un əldə etdiyi məlumata görə, o, bir müddətdir ki bu vəzifəni icra edir.

Qeyd edək ki, Fərid Əliyevə Prezident İlham Əliyevin sərəncamı ilə ötən il general-mayor ali hərbi rütbəsi verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью