Geni dəyişdirilmiş itlərdən ordu qururlar Pentaqondan ağlasığmaz plan

25.10.2026

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ölkə.az Musavat.com-a istinadla xəbər verir ki, layihə çərçivəsində xüsusi qabiliyyətlərə malik xidməti itlərin yetişdirilməsi və onların pilotsuz uçuş aparatları ilə vahid informasiya şəbəkəsinə qoşulması nəzərdə tutulur.

Amerikanın müdafiə texnologiyaları nəhəngi “Anduril” şirkətinin təsisçisi Palmer Laki və biotexnologiya sahəsində fəaliyyət göstərən “Colossal” startapının yaradıcısı Ben Lamm bu məqsədlə “Warhound” adlı yeni layihə üzərində birləşiblər.

Layihənin əsas məqsədi ABŞ ordusunun xidməti itlər sistemini kökündən yeniləməkdir.

“Warhound” ən yaxşı xidməti itlərin klonlaşdırılmasını və onların müəyyən xüsusiyyətlərinin gen mühəndisliyi vasitəsilə təkmilləşdirilməsini planlaşdırır.

İlkin plana əsasən, yeni nəsil xidməti itlərin ilk tədarükü iki ildən sonra həyata keçirilə bilər. Layihə artıq 200 milyon dollar maliyyə cəlb edib.

Ən diqqətçəkən məqamlardan biri isə geni dəyişdirilmiş itlərin “Anduril” şirkətinin hazırladığı “Eagle Eye” adlı artırılmış reallıq sisteminə inteqrasiya olunması planıdır.

Bu sistem vasitəsilə xidməti it, onun təlimçisi və avtonom pilotsuz uçuş aparatları vahid məlumat mübadiləsi şəbəkəsində birləşdiriləcək. Beləliklə, hərbi əməliyyatlar zamanı heyvanlarla müasir texnologiyaların koordinasiyalı fəaliyyətinin təmin edilməsi hədəflənir.

Yeni şirkət Pentaqona “Dog as a Service” – “Xidmət kimi it” (CaaS) modelini də təklif etməyi planlaşdırır. Bu model birdəfəlik satınalmalar əvəzinə, xüsusi hazırlıq keçmiş yüksək səviyyəli xidməti itlərin orduya davamlı şəkildə tədarükünü nəzərdə tutur.

Məlumata görə, hazırda ABŞ-də istifadə olunan xidməti itlərin təxminən 80 faizi Avropadan, əsasən Almaniyadan alınır.

“Warhound” layihəsi isə ABŞ-nin bu sahədə xarici ölkələrdən asılılığını aradan qaldırmağı və hərbi məqsədlər üçün xidməti itlərin ölkə daxilində yetişdirilməsini təmin etməyi hədəfləyir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью