Icma.az bildirir, 525.az portalına istinadən.
"Azərbaycanda zərərlə işləyən dövlət müəssisələri çoxdur. Bunların siyahısı çox uzundur. Demək olar ki, hardasa yarısından çoxu ziyanla işləyir".
İqtisadçı ekspert Natiq Cəfərli bunu 525.az-a deyib.
Ekspert qeyd edib ki, müəssisələrin zərərlə işləməsinin əsas səbəblərindən biri uzun illər ərzində formalaşmış borclardır:
"İllərdir, onilliklərdir ki, onların balansında borclar yığılıb. Digər mühüm səbəb isə satınalmalardır. Təmir xərcləri və satınalmalar çox baha başa gəlir, bu da məhsul və xidmətlərin maya dəyərini yüksəldən amilə çevrilir. Problemin həlli üçün dövlət satınalmaları sahəsində nəzarət mexanizmləri gücləndirilməlidir. Məsələ uzun illərdir aktual olaraq qaldığından dövlət müəssisələrinin maliyyə vəziyyəti ilə bağlı geniş araşdırmalar aparılmasına ehtiyac var".
Sevinc Qarayeva