Geomanqnit qasırğası gözlənilir XƏBƏRDARLIQ

18.11.2024

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Bakupost.az bildirir ki, Rəsədxanadan bildirilib ki, Günəşin fəallığı azalıb. Son həftə ərzində geomaqnit qasırğası baş verməyib.

Noyabrın 18-24-də C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 50 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10 faiz təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı gözlənilir. 10 MeV-dən çox enerji yüklü proton selinin isə 20 noyabrda yüksəlməsi ehtimalı var.

Günəş küləyinin sürətinin tac kütlə atılmaları, həmçinin müsbət qütblü yüksəksürətli tac dəliyi axınlarının təsiri ilə yüksələcəyi gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью