Geomaqnit qasırğa əsasən kimlərə təsir edir ? TERAPEVT AÇIQLADI | Icma.az
Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Geomaqnit aktivliyi əsasən Günəşdə baş verən partlayışlardan və kütlə atılmalarından sonra yaranır.
Bu zaman Günəşdən kosmosa yayılan yüklü hissəciklər Yerə doğru hərəkət edir və Yer kürəsinin elektromaqnit sahəsi ilə qarşılıqlı təsirə girir.
Nəticədə Yer maqnit sahəsində həyəcanlanma, dalğalanma və müxtəlif dəyişikliklər baş verir.
Bu dəyişikliklər elektromaqnit fonunun artmasına səbəb olur ki, bu da insan orqanizminə birbaşa və dolayı təsirlər göstərə bilir".
Bu sözləri SİA-ya açıqlamasında terapevt Abbas Bağırov deyib.
Onun sözlərinə görə, geomaqnit sahəsindəki bu artım xüsusilə bəzi risk qruplarına aid olan insanlarda daha qabarıq təsir göstərir: "Əsasən arterial hipertenziyadan əziyyət çəkənlərdə, ürək ritm pozğunluğu olan xəstələrdə, eləcə də ürəyin işemik xəstəliklərini və infarkt keçirmiş insanlarda qan damarlarının tonusu dəyişir.
Damarların daralması və ya spazmı arterial təzyiqin yüksəlməsinə, ürək-damar sisteminə düşən yükün artmasına səbəb olur.
Tam oxu
Xəbəri oxu