Georgi Baramidze həbs olundu

12.09.2026

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Gürcüstanda vətənə xəyanət və sabotajda ittiham olunan müxalif Vahid Milli Hərəkat Partiyasının liderlərindən biri Georgi Baramidze barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Axar.az xəbər verir ki, Tiflis Şəhər Məhkəməsi Gürcüstanın Baş Prokurorluğunun vəsatəti əsasında qərar qəbul edib.

Qeyd edək ki, Georgi Baramidze ötən gün evində saxlanılıb. Günahının sübuta yetiriləcəyi təqdirdə onu 4 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Xatırladaq ki, G.Baramidze Mixeil Saakaşvilinin prezidentliyi dövründə tanınmış siyasətçilərdən olub. O, 2003-2004-cü illərdə daxili işlər, 2004-cü ildə isə müdafiə naziri vəzifələrində çalışıb. Daha sonra o, Avropa və avrointeqrasiya məsələləri üzrə dövlət naziri, 2006-2012-ci illərdə isə Gürcüstan baş nazirinin müavini postlarını tutub. “Gürcü Arzusu” partiyasının hakimiyyətə gəlməsindən sonra siyasi fəaliyyətini müxalifətdə davam etdirib, 2012-2016-cı illərdə Gürcüstan parlamentinin deputatı olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью