Geosiyasi proseslərə neft bazarı ucuzlaşma ilə reaksiya verir

03.02.2026

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 3 fevral, AZƏRTAC

Neftin dünya bazarında dünənki kəskin ucuzlaşma bu gün də davam edib. Fevralın 2-də HƏMAS rəhbərliyinin ABŞ Prezidentinə məktubun və Donald Trampın bu məktubu sosial şəbəkədə dərc etməsi, İrana qarşı hərbi əməliyyatların keçirilməsi ehtimalını azaldır. Dünya neft bazarı reaksiyanı gözlətmədi.

AZƏRTAC xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 68 dollardan 66 dollara kimi ucuzlaşdı. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında isə “Light” markalı neftin bir barelinin qiyməti isə 0,2 dollar azalaraq 61 dollara endi.

“The Nyu York Times” yazır ki, ABŞ Prezidenti İran ilə ciddi danışıqların davam etdiyini bildirib. Yaxın Şərqdəki hərbi bazalarını isə əsgər və silah-sursatla təchiz edən ABŞ Prezidenti İrana təzyiq edib danışıqlarda istədiyi nəticəni almaq niyyətindədir. Digər tərəfdən isə hərbi əməliyyatları istisna etmir. Lakin HƏMAS-dan aldığı məktub gərginliyi bir qədər səngitdi.

Sinqapurda fəaliyyət göstərən “Phillip Nova” onlayn broker şirkətinin analitiki Pryanka Saçdeva “Reuters” agentliyinə bildirib ki, D.Trampın bəyanatından sonra İran ordusu da Körfəzdə hərbi təlimlər keçirərək vəziyyəti daha da gərginləşdirmək istəmədiyini bildirdi. Bu iki bəyanata bazar qiymətlərin ucuzlaşması ilə cavab verdi. Analitik hesab edir ki, ucuzlaşmaya səbəb ABŞ dollarının son həftə ərzində digər valyutalara nisbətən dəyər qazanması da səbəb olub. Dünya bazarında neft dollarla satıldığı üçün onun dəyər qazanması və dəyərdən düşməsi hər zaman qiymətlərə təsirini göstərir.

Bununla yanaşı İtaliya, Yunanıstan və Kipr öz ərazilərindəki neft yataqlarına hasilata başlayıblar. Avropada yaranan enerji böhranı qiymətlərin həddən artıq yüksəlməsinə səbəb olduğu üçün bu dövlətlər da neft və qaz hasil edib ilk növbədə daxili bazarı təmin etmək qərarına gəliblər.

“Australia and New Zealand Banking Group” (ANZ) analitikləri hesab edir ki, D. Trampın “yumşaq” bəyanatı dünya bazarında neftin qiymətini ucuzlaşdırsa da geosiyasi risklər hələ da qalır.

OPEC-in ötən həftə hasilatı 2026-cı ilin martına kimi dəyişməz olaraq qalması barəsindəki qərarı marta ayına kimi dünya bazarında neftin qiymətinin 64-65 dollar ətrafında olacağını deməyə əsas verir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью