Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. "Ermənistanın Avropaya inteqrasiya edəcəyi real deyil.
Ermənistanın heç bir potensialı, iqtisadi resursları yoxdur ki, Avropa üçün prioritet istiqamət olsun.
Qərb sadəcə olaraq, regiona daxil olmaq üçün Ermənistandan alət kimi istifadə etməyə çalışır".
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev deyib.
O bildirib ki, Ermənistan iqtisadiyyatı loqistika, ticarət dövriyyəsi, investisiya yatırımı və təhlükəsizlik baxımından 60 faiz Rusiyadan asılıdır: "Belə olan halda Ermənistanın yaxın və orta perspektivdə Rusiyadan qoparaq Qərbə üz tutması mümkünsüzdür.
Ermənistan rəsmilərinin müsahibələrini analiz edəndə də görürük ki, bu ölkə fərqli güc mərkəzlərindən istifadə etməklə siyasi bazarlaşmaya gedib, sanki özünü onlara baha qiymətə satmaq istəyir".
Ekspertə görə, Paşinyanın qərbyönümlü addımları da sabit deyil: "Paşinyan Rusiya ilə danışıqlarda bildirir ki, ölkəsi balanslaşdırılmış siyasət yeridəcək.
Çünki bilir ki, geosiyasi risklər Ermənistanın intiharı ilə nəticələnə bilər. Ona görə də hər iki tərəfə vədlər verir.