Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bakıda keçirilən “Qarabağ” və MOİK (Bolqarıstan) komandaları arasında ilk oyun gərginliyi ilə yadda qaldı. Tofiq Bəhramov adına Respublika Stadionunda qarşılıqlı hücumlarla keçən matçın birinci hissəsində hesabı açmaq mümkün olmadı.
Oyunun ikinci hissəsi “Qarabağ” komandasının üstünlüyü ilə keçdi və matçın 58-ci dəqiqəsində hesabı açdı. Lakin qol oyundankənar vəziyyətdən vurulduğu üçün hesaba alınmadı.
Sonrakı dəqiqələrdə “köhlən atlar” kəskin hücumlar təşkil etsələr də, hesabı aça bilmədilər. Beləliklə, “Qarabağ” Sofiyada baş tutacaq cavab qarşılaşmasına 0:0 hesablı heç-heçə ilə yollanacaq.
***
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Pyarnu şəhərində “Payde” (Estoniya) və “Zirə” komandaları arasında ilk oyunda da komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar.
Moldovadan olan hakimlər briqadasının idarə etdiyi oyunun ikinci hissəsi gərgin mübarizə şəraitində keçdi. Meydan sahibləri matçın 87-ci dəqiqəsində Pa Abdou Çamın vurduğu qolla minimal hesabla qalib gəldilər – 1:0.
İLQAR
XQ