Idmanxeber.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
AFFA Region Liqasında yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində ötən gün baş tutan “Göyəzən” – “Şirvan” qarşılaşmasında gərgin anlar yaşanıb.
İdmanxeber.az-ın məlumatına görə, matçın ikinci yarısında qapısında dördüncü qolu görən qonaq komandanın üzvləri hakimin üzərinə hücum çəkiblər.
Referinin qərarlarından kəskin narazılığını bildirən “Şirvan” futbolçularından ikisi qırmızı vərəqə alıb.
Həmçinin qonaq komandanın baş məşqçisi də meydandan qovulub. Qeyd edək ki, matç Qazax klubunun 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
https://idmanxeber.az/wp-content/uploads/2025/05/eed7f5a6-4684-4669-9a2f-af5fd1130d07.mp4 Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.