GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Suriya–İraq sərhədində gərginlik pik həddə çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Military” portalı məlumat yayıb.
Məlumata görə, İraq Silahlı Qüvvələrinin bəzi bölmələri də daxil olmaqla, müxtəlif silahlı qrupların hər gün sərhəd xəttinə toplaşdığı bildirilir. İddialara görə, onlar guya Suriya ordusunun mümkün hücumunu və işğal ssenarisini gözləyirlər.
Sosial şəbəkələrdə yayılan görüntülərdə bu qrupların emosional çıxışlar etdiyi, vətənpərvərlik mahnıları paylaşdığı və sərt ritorika sərgilədiyi görünür.
Tahir Turan
Globalinfo.az