“Geri qayıtmaq çətin olacaq” “Dənizçilər” bədbindi

14.05.2025

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Misli premyer-liqasının 34-cü turunda “Zirə”yə 0:1 hesabıyla məğlub olan “Səbail”in elitanı tərk etməsi rəsmiləşdi.
"Football-plus.az" xəbər verir ki, komandanın gələn mövsüm 1-ci liqadakı mümkün çempionluğu və Elvin Məmmədovun postunda qalması ilə bağlı “Dənizçilər” fanklubunun rəhbəri Atif Rüstəmzadənin fikirlərini öyrəndik:

“Təəssüf ki, liqanı tərk edirik. Geri qayıtmaq çox çətin olacaq. Çünki sponsor olmadan ayaqda qalmaq çətindi. İnşallah, sponsor olsa, nəyəsə ümid etmək olar”.


MÜZƏFFƏR QULUZADƏ
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью