Geri sayım başladı: ABŞ İrana 96 saata hücum edə bilər

26.10.2026

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-ın Yaxın Şərqdəki hərbi qüvvələrinin Prezident Donald Trampın əmrindən sonra 96 saat ərzində İrana qarşı yeni və potensial olaraq genişmiqyaslı hücumlara başlamağa hazır olduğu iddia edilir.

Turkustan.az xəbər verir ki, CNN-in adları açıqlanmayan iki amerikalı rəsmi mənbəyə istinadən yaydığı məlumata görə, Trampın İrana qarşı böyükmiqyaslı hücum planı mövcuddur.

Məlumata görə, ABŞ-ın regionda mümkün hücumları həyata keçirmək üçün kifayət qədər hərbi qüvvəsi var. Bildirilir ki, yeni hücumların miqyası mövcud vəziyyəti qorumaq məqsədini aşaraq daha geniş hərbi əməliyyatları əhatə edə bilər.

Hesabatda qeyd olunur ki, bəzi hazırkı və keçmiş ABŞ rəsmiləri Trampın hücum əmri verəcəyi təqdirdə bunun ilin sonuna qədər, böyük ehtimalla isə aralıq seçkilərdən sonra baş verə biləcəyini proqnozlaşdırırlar.

Aytən Yaşar/Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью