Geriyə düzgün dönə bilməyən sürücü iki zolağı zəbt etdi VİDEO

06.01.2025

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Bakıda manevr qaydasını pozan sürücü kameraya düşüb. Avtosfer.az-ın məlumatına görə, hadisə dekabrın 9-da paytaxtın Nəriman Nərimanov prospektində qeydə alınıb.

99-JA-921 qeydiyyat nişanlı "İveco" markalı yük avtomobilinin sürücüsü geriyə dönmə zamanı manevr qaydasını pozub. Belə ki, o, geriyə dönmə hissəsinin sağ zolağından manevrə başlayarkən anidən sol zolağa yerdəyişmə edib. Bu zaman sol zolaqda olan avtomobili sıxışdıraraq təhlükəli vəziyyət yaradıb. Daha sonra isə sola dönmə işığını yandıraraq yenidən sağ zolağa yerdəyişmə edib.

Əksər sürücülər geriyə dönmə yerlərində və döngəli yollarda zolaqlar üzrə düzgün hərəkət etmirlər ki, bu da digər sürücülər üçün təhlükə yaradır.

Sözügedən videonu təqdim edirik.

Fərid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью