“Get ustalığını et, ayıbdır” Elgizdən iştirakçıya

27.02.2025

Olay.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Get ustalığını et, ayıbdır” - Elgizdən iştirakçıya

Aparıcı Elgiz Əkbər efirdə iştirakçıya əsəbiləşib.

OLAY yazır ki, buna səbəb “Elgizlə izlə” verilişinə ifaçılıq qabiliyyətini nümayiş etdirmək istəyən iştirakçının çıxışı olub.

Belə ki, Şəkidən Bakıya üz tutan şəxsi dırnaqarası ifası Elgizin xoşuna gəlməyib.

Aparıcının “Sizin başqa sənətiniz var?” sualına iştirakçı “Bəli, mən ustayam” cavabını verib.

Onun bu cavabına Elgiz “Get ustalığını et. Ayıbdır! O boyda qarda-qiyamətdə durub Şəkidən Bakıya gəlmisən belə mahnı oxumağa” sözlərini dilə gətirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью