Getcontact da nömrənizi gizlətməyin yolu VİDEO

01.09.2026

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

"Getcontact" tətbiqində nömrənizə qoyulmuş təqlərin (etiketlərin) kənar şəxslər tərəfindən görünməsini məhdudlaşdırmaq və ya tamamilə silmək mümkündür.
İstəmədiyiniz etiketləri tətbiqin öz içindən təmizləyə bilərsiniz. Bunun üçün tətbiqə daxil olaraq "Profil" bölməsindən "Təqlərim" hissəsinə keçmək lazımdır. Gizlətmək istədiyiniz etiketin üzərindən sola çəkərək "Sil" və ya "Şikayət et" düyməsini sıxmaq kifayətdir. Təsdiqdən sonra həmin ad profilinizdə görünməyəcək.
Əgər nömrənizin ümumiyyətlə tətbiqdə axtarışa verilməsini və təqlərin görünməsini istəmirsinizsə, nömrəni bazadan tamamilə çıxara bilərsiniz. Rəsmi saytın "Visibility Settings" (Görünürlük ayarları) bölməsinə daxil olaraq görünürlüyü söndürmək lazımdır. Qaydalar çərçivəsində tətbiq olunan bu məhdudiyyətdən sonra nömrəniz 24 saat ərzində Getcontact sistemində görünməz olur.
Nəzərə almaq lazımdır ki, öz profilinizi gizlətdikdə digər şəxslərin də təqlərini görmək imkanınız məhdudlaşır.
 

View this post on Instagram

A post shared by Jafar Najafov (@jafarnajafov)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью