“Getdikcə daha çox qütbləşən dünyada bu cür təşəbbüslər xüsusilə vacibdir” CNN nümayəndəsi

26.08.2026

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Bu media forumunun Özbəkistanda, xüsusilə İslam Sivilizasiyası Mərkəzində keçirilməsi ölkədə görülən işlər barədə dünya ictimaiyyətinə məlumat vermək baxımından çox mühüm platformaya çevrilib. Forum Özbəkistanın zəngin irsi və tarixi, onun böyük alimləri və mütəfəkkirləri, eləcə də ölkənin müasir dünyanın inkişafına verdiyi töhfə haqqında daha çox məlumat əldə etmək üçün gözəl imkan yaradır”.

524.az xəbər verir ki, bunu CNN-in Mərkəzi Asiya və Afrika üzrə regional nümayəndəsi İmran Əhməd "İslam sivilizasiyası: yeni baxış, yeni kəşflər" mövzusunda Beynəlxalq media forumda deyib.

O bildirib ki, Özbəkistan ərazisində dünya ictimaiyyətinin bu günədək tam şəkildə məlumatlı olmadığı bir çox böyük kəşf və ideyalar meydana gəlib: “Məsələn, Əl-Xarəzminin elmin inkişafına verdiyi böyük töhfəni götürək. Əgər o olmasaydı, alqoritmlər də olmazdı. Bu gün mobil telefon və kompüterlərdən istifadə edirik, lakin müasir texnologiyaların əsasını təşkil edən bir çox ideya və anlayışların, o cümlədən Özbəkistan torpaqlarında formalaşdığını hər zaman dərk etmirik. Məhz buna görə də belə forumlar bu məlumatları geniş beynəlxalq auditoriyaya çatdırmaq baxımından son dərəcə vacibdir. Belə bir tədbirin təşkilinə görə Özbəkistana təşəkkür edirəm və burada iştirak etməkdən məmnunam.

Özbəkistanda İslam Sivilizasiyası Mərkəzini Prezident Şavkat Mirziyoyevin ideyaları və uzaqgörənliyi olmadan təsəvvür etmək çətindir. Dövlət başçısı bu təşəbbüsü hələ 2017-ci ildə irəli sürüb və Mərkəzin yaradılması üçün təxminən doqquz il vaxt tələb olunub.

Bu gün Mərkəz Özbəkistanın tarixi və irsi, eləcə də onun dünya sivilizasiyasına verdiyi töhfə haqqında bütün dünyaya məlumat verə biləcək mühüm platformaya çevrilir. Mənim fikrimcə, getdikcə daha çox parçalanan və qütbləşən müasir dünyada bu cür təşəbbüslər xüsusilə vacibdir. Onlar müxtəlif dinlərin və sivilizasiyaların nümayəndələrinə bir-birini daha yaxşı anlamağa kömək edir, qarşılıqlı anlaşmanı və sülhün möhkəmlənməsini təşviq edir.

Məhz buna görə hesab edirəm ki, bu Mərkəzin fəaliyyəti və onun divarları arasında belə forumların keçirilməsi son dərəcə əhəmiyyətlidir. Onlar dünyaya müxtəlif sivilizasiyaları və xüsusilə Özbəkistanın zəngin tarixi və mədəni irsini daha dərindən anlamaq imkanı verir”.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью